Londonun “Çelsi” klubu hazırda İspaniya çempionatının ikincisi olan “Real”in fransız hücumçusu Kilian Mbappe ilə maraqlanır.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, “Real”ın keçmiş baş məşqçisi Xabi Alonso mayın 17-də “Çelsi”nin rəhbərliyinə keçib və 27 yaşlı fransız futbolçunu London klubuna gətirmək istəyir. “Çelsi” artıq Mbappenin agenti ilə əlaqə saxlayıb.

Kilian Mbappenin “Real” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” onun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.