Mərakeş 2030-cu ilədək ölkədəki gecəqondu məhəllələrini tamamilə aradan qaldırmağı planlaşdırır.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Mərakeşin şəhərsalma, mənzil və şəhər siyasəti üzrə dövlət katibi Adib Benbrahim WUF13 çərçivəsində keçirilən “Siyasi öhdəlikdən icraya hazırlığa keçid” adlı nazirlər dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, son 25 ildə ölkədə mənzil çatışmazlığı 75%, gecəqondu məhəllələrinin sayı isə 80% azaldılıb.

A.Benbrahim qeyd edib ki, Mərakeş 2030-cu ildə İspaniya və Portuqaliya ilə birlikdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək və həmin tarixədək gecəqonduları tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub.