ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində olmadığını bildirib.
Heftelik.az xəbər verir ki, o, bu barədə Endryus aviabazasında jurnalistlərə açıqlamasında bildirib.
“Onlar sazişi imzalamayana qədər heç bir güzəştə getməyəcəyəm” – Tramp deyib.
