Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihədə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
Əliyeva Aytən Heydər qızı – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Hüseynov Telman Qulaməli oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Nuriyev Elnur Aləm oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
İsmayılzadə Fərid Sabir oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi
Abdullayev Elşən Uğur oğlu – Şirvan Kommersiya Məhkəməsinin hakimi
Hüseynov Elməddin Mirpaşa oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Qafarova Rəna Nazim qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.
