İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.

Heftelik.az Reuters-ə istinadən xəbər verir ki, iranlı nümayəndələr paytaxt Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşəcəklər.

Görüşün gündəliyində İran-ABŞ müharibəsinin sonlandırılması, Hörmüz boğazı və zənginləşdirilmiş uran maddəsi olacaq.

Qeyd edək ki, bundan əvvəl İranın Mərkəzi Bankının direktoru Əbdülnasir Hemmətinin Qətərə səfər etdiyi və İranın bloklanmış aktivlərinin azad edilməsinin müzakirə olunacağı bildirilib.