II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək.

Bu barədə Heftelik.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq.

Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.