Mayın 26-sı saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.
