Fond sosial, xeyriyyə, mədəni, təhsil və digər ictimai faydalı məqsədlər üçün yaradılan üzvlüyü olmayan təşkilatdır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Fondun nizamnamə kapitalı ən azı 10 min manat olmalıdır. Təsisçilərin verdiyi əmlak fondun mülkiyyətinə keçir. Fond öz əmlakından istifadə barədə hesabatları hər il dərc etməyə borcludur.
