İşəmuzd əməyin ödənilməsi xüsusi hesablamalar əsasında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Qiymətlər iş dərəcələri, tarif maaşları və hasilat normaları nəzərə alınmaqla müəyyən edilir.
İşəmuzd qiymət gündəlik və ya saatlıq tarif maaşının hasilat normasına bölünməsi yolu ilə hesablana bilər.
Tarif maaşları isə aylıq maaşın iş günü və ya iş saatı normasına bölünməsi əsasında müəyyən olunur.
