Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 131,1 mln. ABŞ dolları həcmində qızıl ixrac edilib.
Heftelik.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Təkcə aprel ayında 35,89 milyon dollarlıq qızıl ixarc edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
