Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının dövlət qeydiyyatı qaydaları müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsi ilə bağlı prosedurlar əks olunub.
Sənədə əsasən, daşınmaz əmlakın dövlət reyestri Azərbaycan ərazisi üzrə vahid sistem kimi fəaliyyət göstərəcək.
Torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı digər obyektlər daşınmaz əmlak hesab edilir.
Bu obyektlər üzərində hüquqların dövlət qeydiyyatı məcburi qaydada həyata keçiriləcək.