Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müəyyən mərhələlər üzrə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qeydiyyat üçün ərizənin və ona əlavə edilən sənədlərin qəbul edilməsi ilk mərhələni təşkil edir. Daha sonra təqdim olunan məlumatların reyestrdəki məlumatlara uyğunluğu yoxlanılır. Ardınca hüquqlar arasında ziddiyyətlərin olub-olmaması müəyyən edilir. Şərtlər uyğun olduqda məlumatlar dövlət reyestrinə daxil edilərək çıxarış hazırlanır.
