Ərdoğan 10-cu dəfə baba oldu

02 İyun 2026, 15:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan Bayraktar və Səlcuq Bayraktarın üçüncü övladı dünyaya gəlib.

Heftelik.az xəbər verir ki, Sümeyyə-Səlcuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edən Prezident Ərdoğan burada nəvəsinin və qızının səhhəti ilə bağlı məlumat alıb, Bayraktar ailəsini təbrik edib.

Prezident Ərdoğanın xəstəxana ziyarətində həyat yoldaşı Əminə Ərdoğan da onu müşayiət edib.

Sümeyyə və Səlcuq Bayraktar cütlüyü 2017-ci ildə dünyaya gələn övladlarına Canan Aybüke, 2024-cü ildə dünyaya gələn övladlarına isə Asım Özdemir adını vermişdi.