Keçmiş deputat vəfat etdi

02 İyun 2026, 12:18

Keçmiş deputat, Zərdab Peşə Liseyinin sabiq direktoru Əlihüseyn Əliyev vəfat edib.

Heftelik.az xəbər verir ki, o, bu gün 77 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum 1949-cu ildə Zərdab rayonunda dünyaya gəlib. 2 dəfə həmin rayondan deputat seçilib. 1991-2016-cı illərdə Zərdab Texniki Peşə Liseyinin direktoru işləyib.