ƏDV qeydiyyatında olmayan və dövriyyəsi 200 min manatadək olan müəssisələrin dividend gəlirləri güzəştə düşür.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə müəssisələrin təsisçilərinin dividend gəlirləri vergidən azad edilir. Bu qayda şəffaf maliyyə uçotu aparan subyektlərə şamil olunur. Güzəşt kiçik biznesin inkişafını dəstəkləyir.
