Elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı yeni qaydalar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
İctimai işlər və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslərə elektron nəzarət vasitələri tətbiq ediləcək.
Məhkəmənin qərarı ilə şərti məhkum edilmiş şəxslər də elektron nəzarət altında saxlanıla biləcək.
Elektron nəzarət vasitəsini qəsdən yararsız hala salan şəxslər onun dəyərini ödəməli olacaqlar.
