Ərdoğan Paşinyanla danışdı

03 İyun 2026, 10:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional məsələlər müzakirə olunub.

Paşinyan Ərdoğanı keçmiş Qurban bayramı münasibətilə təbrik edib.

Ərdoğan iki ölkə arasında normallaşmanın birbaşa ticarətin başlanmasına yönəlmiş addımlarla davam etdiyini bildirib və bölgədə sülh və sabitliyi dəstəklədiklərini vurğulayıb.