
İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb.
Heftelik.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
saat 11.11
İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib və təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.
Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var.
Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.
Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər.
