İşəgötürən əmək müqaviləsinə qanunsuz xitam verdikdə işçiyə dəyən zərəri ödəməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Belə hallarda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsas götürülür.
İşçiyə vurulan maddi və mənəvi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən edilir.
Qanunsuz qərarlar işəgötürən üçün əlavə maliyyə öhdəlikləri yaradır.
