Daşınmaz əmlak əməliyyatları notariat qaydasında təsdiqlənmiş sənədlər əsasında elektron qaydada rəsmiləşdirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Notariuslar sənədləri informasiya sistemi vasitəsilə birbaşa reyestrə ötürür. Eyni zamanda dövlət rüsumlarının ödənişi də elektron qaydada həyata keçirilir. Sistem məlumatların real vaxt rejimində ötürülməsini təmin edir. Bu mexanizm qeydiyyat prosesini sürətləndirir və sadələşdirir.
