Cərimənin ödənilməməsi ilə bağlı yeni qaydalar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Cərimə vaxtında ödənilmədikdə hökm məcburi icraya yönəldiləcək. İlk növbədə məhkumun əməkhaqqına və digər gəlirlərinə yönəlmə tətbiq olunacaq. Gəlir kifayət etmədikdə isə məhkumun əmlakına yönəlmə həyata keçiriləcək.