Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatında sadələşdirilmiş inzibati icraat tətbiq olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanunda “bir pəncərə” prinsipi hüquqların dövlət qeydiyyatı prosesində nəzərdə tutulub.
Bu sistem vasitəsilə vətəndaşların müraciət prosedurlarının asanlaşdırılması hədəflənir.
Qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini aparan qurum kimi müəyyən edilib.
Hüquqların qeydiyyatı dövlət tərəfindən hüquqi tanınma və təsdiq aktı hesab olunur.