Yerli büdcələrin hazırlanması və icrası ilə bağlı prosedurlar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Yerli büdcələrin tərtibi büdcə sisteminin ümumi prinsiplərinə əsasən həyata keçiriləcək. Bu proses Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun aparılacaq. Məqsəd maliyyə idarəçiliyində vahid yanaşmanın təmin edilməsidir.
