Bələdiyyələrə ayrılan dotasiyanın hesablanması zamanı nəzərə alınacaq amillər müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Əhalinin sayı, gəlir və xərclər, sosial-iqtisadi layihələr əsas meyarlar sırasında yer alır. Həmçinin yaşayış məntəqələrinin sərhəd zonasında və ya yüksək dağlıq ərazidə yerləşməsi də nəzərə alınacaq. Bu yanaşma maliyyə vəsaitlərinin daha ədalətli bölgüsünə şərait yaradacaq.