Azadlığın məhdudlaşdırılması cəzası çəkən şəxslərlə bağlı tərbiyə işi qaydaları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
İcra məmurları məhkumlarla fərdi söhbətlər aparacaqlar.
Bu söhbətlər əməyə və təhsilə vicdanlı münasibətin formalaşdırılmasına yönələcək.
Məhkumun xarakteri və törətdiyi cinayətin səbəbləri də nəzərə alınacaq.
