Dövlət reyestrində olan məlumatlar qanunla müəyyən edilmiş qaydada əldə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Məlumatlar hüquq sahiblərinə, dövlət orqanlarına və notariuslara təqdim edilir. Notariat əməliyyatları elektron sistem vasitəsilə real vaxt rejimində həyata keçirilir. Məlumatların verilməsi üçün əsaslandırılmış sorğular tələb olunur. Reyestr məlumatlarının sui-istifadəsi qanunvericiliklə məsuliyyət yaradır.
