Vergitutma obyekti rezident və qeyri-rezidentlər üçün fərqli qaydada müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vergi Məcəlləsi”ndə əksini tapıb.
Rezidentlər üçün vergiyə cəlb olunan gəlir ümumi gəlirlə çıxılan xərclərin fərqi kimi hesablanır.
Qeyri-rezidentlər üçün isə gəlir mənbəyinə və fəaliyyət növünə görə xüsusi qaydalar tətbiq edilir.
Bəzi hallarda ödəniş yerində vergi tutulması mexanizmi də nəzərdə tutulur.
