Yunanıstanda yerli vaxtla saat 12:58-də 4,8, saat 13:00-də 4,3 və saat 13:02-də 5,2 maqnitudalı ardıcıl zəlzələlər baş verib.

Heftelik.az xəbər verir ki, bi barədə Afina Geodinamik İnstitutu məlumat yayıb.

Zəlzələlərin episentri Eqriboz adasının Prokopiu bölgəsinin 5 kilometr cənub-qərbində yerləşib.

Yunanıstanın Eqriboz Adasında baş verən zəlzələ nəticəsində çoxsaylı binalara ziyan dəyib.

Yunan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, ardıcıl baş verən zəlzələlər səbəbindən bölgədə torpaq sürüşməsi olub və çoxsaylı evlərə ziyan  dəyib.

Bir çox evdə böyük çatlar yaranıb, bir binanın divarı isə tamamilə uçub. Həmin binada yaşayanlar isə xəsarət almadan qaça biliblər.

Zəlzələ nəticəsində ölən və ya yaralanan olmasa da, binalardakı ciddi ziyan səbəbindən mütəxəssis qrupların bölgədə araşdırmalara başlayacağı bildirilib.