Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.
Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.
İşa adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.
