Ramiz Fətəliyev təltif edildi

08 İyun 2026, 18:19

Ramiz Məmməd oğlu Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.