Daşınmaz əmlak hüquqlarının qeydiyyatı dövlət rüsumları və xidmət haqları əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Müxtəlif qeydiyyat xidmətləri üçün fərqli rüsumlar müəyyən edilir. Bəzi hallarda, məsələn şəhid ailələri üçün rüsumdan azadolmalar nəzərdə tutulur. Texniki sənədlər və inventarlaşdırma xidmətləri ayrıca ödənişlə həyata keçirilir. Dövlət xidmətlərinin tarifləri müvafiq icra orqanı tərəfindən müəyyən edilir.
