Məhkumların təklif, ərizə və şikayətləri ilə bağlı prosedurlar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Qanuna əsasən, müraciətlər həm yazılı, həm də şifahi formada verilə bilər. Azadlıqdan məhrum edilmiş şəxslərin müraciətləri müəssisə rəhbərliyi vasitəsilə göndərilir. Digər cəza növlərinə məhkum edilən şəxslər isə müraciətlərini sərbəst təqdim edə bilərlər.
