Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.

Heftelik.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

VÇK-OQPU və “Rucriminal.info” saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.

Bomba BMW-yə yerləşdirilib və avtomobil hərəkətdə olarkən partlayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.