Yerli büdcənin layihəsinin hazırlanması prosesi ilə bağlı müddəalar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Büdcə layihəsi sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşdırılır. Bu zaman hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyəti də qiymətləndirilir. Məqsəd yerli büdcənin real iqtisadi göstəricilər əsasında hazırlanmasıdır.