Azadlığın məhdudlaşdırılması cəzası alan şəxslər üçün yeni öhdəliklər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkum yazılı bildiriş aldıqdan sonra üç gün ərzində icra orqanına gəlməlidir.
Üzrsüz səbəbdən gəlməyən şəxslər vəzifələrdən boyun qaçıran hesab olunacaqlar.
Bu şəxslərə qarşı əlavə tədbirlər görüləcək.