Müxtəlif sosial və humanitar ödənişlər gəlir vergisindən azad olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Dövlət müavinətləri, kompensasiyalar və sığorta ödənişləri vergiyə cəlb edilmir. Eyni zamanda müharibə və sosial statusla bağlı birdəfəlik yardımlar da azadolmaya daxildir. Bu mexanizm sosial müdafiənin gücləndirilməsinə xidmət edir.