Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi proseduru açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, reyestrdən arayış hüquq sahibinə və onun səlahiyyət verdiyi şəxsə təqdim edilə bilər.
Vərəsəlik hüququ olan şəxslər də yazılı və ya elektron müraciət əsasında məlumat ala biləcəklər.
Dövlət orqanları və bələdiyyələr əsaslandırılmış sorğu əsasında reyestr məlumatlarını əldə edə biləcəklər.
Notariuslar isə məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində alacaqlar.