Bələdiyyə büdcəsinin hazırlanma müddəti ilə bağlı yeni qayda müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Yerli büdcə layihəsinin hazırlanmasına növbəti büdcə ilinə 11 ay qalmış başlanılır. Büdcə layihəsinin hazırlanmasına görə bələdiyyə sədri cavabdeh olacaq. Bu məqsədlə müxtəlif komissiyalar və mütəxəssislər prosesə cəlb edilə bilər.