Sankt-Peterburq məhkəməsi iyunun 9-da 1990-cı illərdə adam oğruluğu ilə məşğul olan Yusif Əliyevi həbs edib.Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki o, 1990-cı illərdə Azərbaycanda törətdiyi banditizm, adam oğurluğu, soyğunçuluq və silah ticarəti ittihamları ilə 22 il beynəlxalq axtarışda olub.
Vasileostrovski Rayon Məhkəməsi Y.Əliyev barəsində həbs qətimkan tədbiri seçib. Burada o, Azərbaycana ekstradisiya ilə bağlı qərarı gözləyəcək.
Müstəntiqlərin sözlərinə görə, Y.Əliyev 1994 və 1995-ci illərdə iki dəfə adam oğurluğunda ittiham olunur. Birinci işdə o, zərərçəkmişdən 182 min, ikinci işdə isə 150 min dollar tələb edib.
