Culfa şəhərində yaşayış binasında yanğın olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Emil Zeynalov həyatını itirib.
Fidan Zeynalovanın müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
