Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin yalnız təyinatı üzrə istifadəsi tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, həmin vəsaitlərin başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Qaydanın pozulmasına görə vəzifəli şəxslər cinayət və inzibati məsuliyyət daşıyacaqlar. Bu norma maliyyə intizamının gücləndirilməsinə yönəlib.
