İran ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğu barədə bəyanatına baxmayaraq, Vaşinqtonla mümkün sülh sazişinin heç bir mətnini hələ təsdiqləməyib.
Heftelik.az xəbər verir ki, bu barədə “Fars” agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin başa çatdırılması ilə bağlı razılığın əldə olunduğunu və sənədlərin yaxın günlərdə imzalana biləcəyini bildirmişdi.
