Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən xəbərə görə, yerli vaxtla saat 15.13-də baş verən zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub.
Zəlzlənin ocağı 42 km dərinlikdə yerləşib.
Qeyd edək ki, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
