ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında I turun növbəti oyunları keçiriləcək.
Heftelik.az Report-a istinadən xəbər verir ki, I qrupunda Fransa yığması Seneqalla, İraq Norveçlə qarşılaşacaq.
J qrupunda isə Argentina seçməsi Əlcəzairi, Avstriya millisi İordaniyanı sınağa çəkəcək.
DÇ-2026
16 iyun
I qrupu
I tur
23:00. Fransa – Seneqal
Baş hakim: Alireza Faqani (Avstraliya).
Nyu-York/Nyu-Cersi stadionu
17 iyun
I qrupu
I tur
02:00. İraq – Norveç
Baş hakim: Pyer Aço (Qabon).
Boston stadionu
J qrupu
I tur
05:00. Argentina – Əlcəzair
Baş hakim: Şimon Marçinyak (Polşa).
Kanzas stadionu
08:00. Avstriya – İordaniya
Baş hakim: Dahan Beyda (Mavritaniya).
San-Fransisko Bay Area stadionu
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
