“Kızılcıq şerbeti” serialının məşhur aktrisası Ece İrtem 35 yaşında ürək tutmasından dünyasını dəyişib.

Heftelik.az Kult.az-a istinadən xəbər verir ki, aktrisanın anası Nuriyə İrtem qızının ölümüylə bağlı ifadə verib.

“Saat 17:51-də evimizlə eyni küçədə yerləşən bir məkanda ad günü şənliyinə getdik. Tort kəsdik və birlikdə əyləndik. Saat 20:36-da evə qayıtdıq. Qızım sərxoş halda antidepresant dərmanını qəbul etdikdən sonra yatdı. Gecənin bir yarısı tualetə getmək üçün qalxdığını və sonra yenidən yatdığını eşitdim.

Səhər onu səhər yeməyinə çağırdın, amma cavab vermədi. Otağına girəndə ağzından pis bir mayenin axdığını gördüm. Çoxlu spirtli içki və eyni zamanda güclü antidepresant dərmanlar qəbul edirdi”, – o bildirib.