ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında I turun növbəti oyunları keçiriləcək.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Kriştianu Ronaldonun lideri olduğu Portuqaliya millisi K qrupunda Konqo Demokratik Respublikası seçməsini sınağa çəkəcək.

Bu qrupun digər matçı Özbəkistan və Kolumbiya arasında baş tutacaq.

L qrupunda İngiltərə millisi Xorvatiya ilə, Qana yığması isə Panama ilə üz-üzə gələcək.

DÇ-2026

17 iyun

K qrupu

I tur

21:00. Portuqaliya – Konqo Demokratik Respublikası

Baş hakim: Abdulrahman Əl-Cassim (Qətər).

Hyuston stadionu

L qrupu

I tur

00:00. İngiltərə – Xorvatiya

Baş hakim: Kleman Türpen (Fransa).

Dallas stadionu

18 iyun

K qrupu

I tur

03:00. Qana – Panama

Baş hakim: Qlenn Nyüberq (İsveç).

Toronto stadionu

L qrupu

I tur

06:00. Özbəkistan – Kolumbiya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Mexiko stadionu

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.