Kommersiya təşkilatları üçün illik maliyyə hesabatlarının hazırlanma dövrləri qanunla müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.

Yeni yaradılan subyektlər üçün hesabat dövrü qeydiyyat tarixindən başlayır və müəyyən tarixlərlə məhdudlaşır. Digər kommersiya təşkilatları üçün standart hesabat dövrü yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Bu qaydalar maliyyə uçotunda vahid yanaşmanın təmin edilməsinə xidmət edir.