Kooperativin təftiş komissiyası və ya müfəttişi yoxlamaların nəticələrinə əsasən idarəetmə orqanlarına rəy təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Müşahidə şurası və ya idarə heyəti həmin rəylərə baxaraq müvafiq qərar qəbul edir. Təftiş komissiyası qəbul olunan qərarla razılaşmadıqda ümumi yığıncağa müraciət edə bilər. Bu mexanizm daxili nəzarətin effektivliyini artırır.
