Türkiyənin “Ateş Denizi” serialının baş rolunu oynayan aktyor Erdem Kaynarca saxlanılıb.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, aktyor İstanbul prokurorluğunun apardığı narkotik araşdırmaları çərçivəsində istintaqa cəlb olunub.

İstanbulun Beykoz Kundura Fabrikində yerləşən çəkiliş meydançasına daxil olan polis əməkdaşları həmin vaxt səhnəsinə hazırlaşan Kaynarcanı karavandan çıxarıb. Daha sonra onun avtomobilində axtarış aparılıb. Axtarış zamanı hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməyib.

Serialda “Nezih” obrazını canlandıran aktyor şöbəyə aparılıb. Hadisədən sonra serialın çəkilişlərinə bir həftəlik fasilə verildiyi bildirilib. Erdem Kaynarcanın ifadəsi alınıb. Həmçinin ondan saç və qan nümunələri götürülüb. Bütün prosedurlar başa çatdıqdan sonra aktyor sərbəst buraxılıb.