Kooperativin üzvü olmaq üçün şəxs 16 yaşına çatmalı və müəyyən edilmiş üzvlük haqlarını ödəməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Hüquqi şəxslər kooperativdə nümayəndələri vasitəsilə təmsil olunurlar.
Üzvlər kooperativ fəaliyyətində şəxsi əməklə və ya başqa formada iştirak edə bilərlər.
Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa, şəxs eyni zamanda başqa kooperativin də üzvü ola bilər.
